Yağış Bakıda problemlərə səbəb olub – FOTO

373078f0-cd5a-4218-83c3-61bf9b8c05e0_292Gecə saatlarından Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağır. Bəzi yerlərdə intensiv yağıntı hazırda davam edir.

“Report”un xəbərinə görə, yağış Bakıda bir sıra fəsadlara səbəb olub. O cümlədən, paytaxtın yollarında iri gölməçələr yaranıb. Bu isə yollarda böyük tıxaclarla nəticələnib.

Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti isə aşağı salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) “Report”a verilən məlumata görə, qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Bakıda və Abşeron yarımadasında martın 29-30-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.373078f0-cd5a-4218-83c3-61bf9b8c05e0_292 c512aee2-6a9c-4565-a1a3-c927af71666a 53458a62-ff8d-4aab-bd6e-23be70d26486

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR