Yevlaxda 86 yaşlı şəhid anasını öldürən şəxs hadisənin təfərrüatlarını açıqladı – VİDEO

.png” rel=”attachment wp-att-115414″>-300×225.png” alt=”img2034229.jpg” width=”300″ height=”225″ />Yevlax rayonunda 86 yaşlı qadını qətlə yetirərək evini qarət edən şəxs tutulub. “Report”un məlumatına görə,  olan və  rayon ərazisində məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkün Aqil İsmayılov törətdiyi qətlin təfərrüatlarını açıqlayıb.
İstintaqa ifadəsi zamanı Maral Nəsibova ilə əvvəllər Yevlax ərazisində qonşu olduqlarını və mənzilində tək yaşadığını bildiyini deyib.
Yevlax Rayon Polis Şöbəsindən (RPŞ) “Report”a bildirilib ki, təqsirləndirilən şəxs A.İsmayılov M.Nəsibovanı öldürdükdən sonra onun üzərində olan zinət əşyalarını çıxarıb və mənzildə olan pensiya kartlarını həmçinin nağd pulu götürərək hadisə yerindən qaçıb.
Yevlax RPŞ-nın və rayon Prokurorluğunun əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən A.İsmayılov saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, M.Nəsibovanın iki övladı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR