Yunanıstanda miqrantların sayı 32 minə çatdı

migrant_237577676Hazırda Yunanıstan ərazisində miqrantların sayı 32 minə yaxınlaşır.

 Qafqaznews.az APA-ya istinadən bildirir ki, bunu Yunanıstan müdafiə nazirinin müavini Dimitris Vitsas bəyan edib.

“Qaçqınlardan 7 minə yaxını adalarda, 25 minə yaxını isə ölkənin kontinental hissəsində cəmləşib. Onlardan 12 minə yaxını isə Yunanıstan-Makedoniya sərhədindədir”, deyə D.Vitsas bildirib.

Martın 4-də Yunanıstanın baş naziri Aleksis Tsipras ölkədə miqrant böhranın həllinə dair tədbirlər planını açıqlayacaq.

Qeyd edək ki, son 10 gün ərzində Avropa İttifaqı sərhədlərində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Yunanıstandan Makedoniyaya cəmi 1200 miqrant keçə bilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR