“Bank Standard” jurnalistdən Heydər Babayevin qisasını alır?

Безымянный copySabiq nazirin qardaşının qaynı Tərlan Əhmədovun qətli üzrə cinayət işi 14 ildir bağlı qalıb…

Martın 28-də Qafqaznews.az saytında “Heydər Babayevin varisi vətəndaşların evinə göz dikib?” başlıqlı yazı dərc olunub. Yazıda “Bank Standard”ın Müşahidə Şurasınin sədri Kamal İbrahimovun sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə əlaqələrindən söz açılır, “Standard İnsurance” və “Bank Standard”ın fəaliyyəti ilə bağlı şikayətlərə toxunulur, eyni zamanda müxtəlif KİV-lərə istinadən kreditlərin verilməsi zamanı “şapka”lardan və borclu vətəndaşların yeganə mənzilinə göz dikilməsindən söz açılırdı.

Xatırladaq ki, yazı sayta getməzdən qabaq əməkdaşımız qarşı tərəfin də fikrini öyrənmək üçün “Standard Holding”ə müraciət edib. “Standard Holding” in əməkdaşı Rasim Hacıyev tezliklə şirkətin piar-menecerinin bizimlə əlaqəyə girərək suallarımızı cavablandıracağını bildirib. Amma təəssüflər olsun ki, “Standard Holding”dən heç bir zəng gəlmədiyi qeyd olunurdu. Növbəti gün “Standard Holding”in piar-meneceri Zeynəb Nurulla sayt rəhbərliyi ilə əlaqə saxlayaraq, zəng etdiyini, lakin müxbirlə əlaqə yarada bilmədiyini qeyd edib.

Biz isə öz növbəmizdə əməkdaşın redaksiyadan uzaqlaşması ehtimalını xatırladaraq, “Standard Holding”in mövqeyini olduğu kimi dərc etməyə hazır olduğumuzu bildirdik. Holdinq nümayəndəsi yazıdan narazı olduğunu vurğulasa da, məqalədəki fikirlərlə bağlı mövqe bildirməkdən imtina etdi.12910789_1697267097199827_1529593051_n-300x300

Qafqaznews.az oxuculara xatırladır ki, dərc olunan yazılardakı fikirlərlə bağlı qarşı tərəfin fikrini öyrənməyə və işıqlandırmağa hər zaman hazırıq. Sözügedən məqalə ətrafında mübahisə yarandığı zaman, holdinq işçisi bizə “faktınız varmı?” sualını verdi. Biz də bu suala əsasən, bank rəhbərliyinə bir neçə il əvvəl Rasim Əli Hüseyn oğlu Hacıyev adlı sələmçi şəxsə verdiyi krediti xatırlatmaq istərdik. Belə ki, “Bank Standard” Komersiya Bankı ilə Rasim Əli Hüseyn oğlu Hacıyev arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə iyirmi dörd ay müddətinə 68 300 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə cavabdeh Rasim Əli Hüseyn oğlu Hacıyev başqasına məxsus olan əmlakı “Bank  Standard”ın Əcəmi filialında girov qoymuşdur.

Əlbəttə, əksəriyyət bilir ki, bu gün heç bir bank, heç kimə elə-belə kredit vermir. Əldə etdiyimiz məlumata görə, “Bank Standard”ın “Əcəmi” filialının müdiri Manaf və onun Anar adlı köməkçisi 68 300 manat kreditin 13 faizini “şapka” şəkilində aldığına görə, o krediti Rasim Hacıyevə “gözüyumulu” veriblər. R.Hacıyevdən heç soruşulmamışdı ki, sən bu kreditlə nə iş görəcəksən , onu hansı biznesə yatıracaqsan?

Maraqlıdır ki, R.Hacıyev başqasının əmlakını qirov qoyarkən, bankın “Əcəmi” filialının müdiri Manaf müəllim həmin əmlak sahibindən heç soruşmayıb ki, “üç uşaq atasısan, sabah Rasim Əli Hüseyn oğlu Hacıyev götürdüyü krediti qaytara bilməsə, evi də sənin əlindən alsaq, ailənlə birlikdə harda yaşayacaqsan… axı bu sizin yeganə evinizdir?!” Ona görə soruşulmurdu ki, o vaxtlar “Bank Standard”KB QSC -nin sahibi Heydər Babayev İqtisadi İnkişaf naziri idi. Sonra Rasim Əli Hüseyn oğlu Hacıyev həmin krediti qaytara bilmədiyinə görə, “Bank Standard” 68 300 manatın üstünə 300px-Heydər_Babayevöz astronomik faizlərini gəlib və son nəticədə 66723 manat əsas borca 14296,58 manat məbləğində faiz borcu, 11041,08 manat isə cərimə üzrə borc gələndən sonra, borcun ümumi həcmi 92060,66 manata gəlib çıxıb. Artıq bir neçə ildir ki, R.Hacıyev heç bir məsuliyyətə cəlb olunmur, lakin mənzil sahibi ilə bank arasında məhkəmə çəkişmələri səngimək bilmir. Həmin mənzil sahibi ölkədə tanınmış xəbər agentliklərindən birinin rəhbəridir, lakin onun adını hələ açıqlamırıq.

Heydər Babayevin iqtisadi inkişaf naziri olduğu zamanda, mənzil sahibi uzun müddət bank işçiləri tərəfindən təzyiqlərə məruz qalıb, hətta “Bank Standard”ın Tamerlan adlı əməkdaşı bir qrup idmançı ilə onun qapısına gəlib. Bir müddət bu məsələ məhkəmə səviyyəsində davam edib, lakin mənzil sahibi borcu restrukturizasiya etməklə bir neçə il ərzində hissə-hissə ödəməyi təklif edib. Prinsipcə, bank bu təkliflə razılaşa bilərdi, lakin əldə etdiyimiz məlumata görə, burda “düymə” başqa yerdən basılıb – yəni, borcluya heç bir güzəştə getməmək tapşırılıb. Məlumat verən mənbə bu məsələnin arxasında bir məqalənin, daha doğrusu bir cinayətin olduğunu qeyd edib. Belə ki, həmin agentlik rəhbəri bir neçə il öncə Heydər Babayevin qardaşı Elçin Babayevin qaynı Tərlan Əhmədovun qətli ilə bağlı araşdırma aparmış və bəzi ilginc məlumatlara rast gəlmişdi.

2002-ci ilin mart ayının 15-dən 16-a keçən gecə təxminən saat 3-4 radələrində Bakı sakini Tərlan Əhmədov qətlə yetirilib.

Onu da qeyd edək ki, Tərlan Əhmədov o zaman Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri işləyən Heydər Babayevlə qohum olub. Belə ki, Tərlan Əhmədovun bacısı Zümrüd xanım Heydər Babayevin qardaşı Elçinin həyat yoldaşı olub. Elçin Babayev özü isə Sumqayıt Gömrük İdarəsində çalışıb.

Məlumat üçün onu da qeyd edək ki, Tərlanın Reyhan adlı digər bacısı da olub. Bu qardaş-bacılar Yasamal rayonunun sakinləri olublar. Hadisə barədə ilk məlumat Yasamal RPİ-in 27-ci polis bölməsinin Qubanov 28 ünvanında xidmət edən sahə inspektoru İntizar Şahməmmədova və əməliyyat müvəkkili İlkin Abbasova verilib. Qətlə yetirilən Tərlanın meyiti isə Saray qəsəbəsi qəbristanlığının yaxınlığında çobanlar tərəfindən aşkarlanıb. 12910316_1699588703634333_570523222_nİlkin istintaq zamanı məlum olub ki, Tərlanın baş nahiyəsindən, yaxın məsafədən odlu silahla gicgahına güllə atılıb. Güllənin yaxın məsafədən atıldığına görə mərhumun saçları silahın odundan yanmış və güllə onun beyin nahiyəsini dağıdaraq çıxmışdı. Hadisə yerində güllənin gilizləri tapılmayıb. 2 aprel 2002-ci il tarixində ilkin istintaqı aparan Abşeron rayonunun prokuroru Aqşin Ziyadovun kabinetində əməliyyat müşavirəsi keçirilib.

Qərara alınıb ki, Tərlanın cib telefonunun kitabçası yoxlanılsın. İstintaq zamanı məlum olub ki, qətlə yetirilən Tərlanın bacısının əri Elçin Babayev həmin gecə saat 3-4 radələrində Saray qəsəbəsində olub. Əldə etdiyimiz məlumata görə, istintaq zamanı MTN-in verdiyi məlumatlardan üzə çıxıb ki, hadisə baş verən zaman-gecə saat 3-4 radələrində Elçin Babayev Saray qəsəbəsi ərazisindən qardaşı Heydər Babayevə zəng edib.

Tərlanın başqa yerdə qətlə yetirildiyi və onun meyitinin sonradan Saray qəbristanlığına atıldığı da istintaq prosesində müəyyən edilib. Məlum olub ki, həmin gecə saat 3-4 radələrində Saray postunda Elçin Babayev YPX-nin əməkdaşları -serjant Əhmədağa Əliyev, Gülağa Hüseynov və Vasif Abbasov tərəfindən idarə etdiyi avtomobildə saxlanılıb. Düzdür, Tərlanın qətli ilə bağlı açılan cinayət işi hadisədən 1 ay sonra Daxili İşlər Nazirliyi tərəfindən götürülüb. (qafqaznews.az). Ortada bu qədər şahidlər və faktlar olduğu halda görəsən cinayət işi niyə 14 ildir ki, bağlı qalıb?! Beləliklə, bu məqalədən sonra, şəxsən Heydər Babayevin işə qarışdığı, jurnalistdən qisas almaq üçün müxtəlif variantlara baş vurduğu deyilir.

Əvvəlki hökumət rıçaqlarını itirən Heydər Babayevin hazırda “Bank Standard” vasitəsi ilə jurnalistdən qisas almağa çalışması ehtimalı da daha yeni suallar ortaya çıxarır… Maraqlıdır, bu qədər təsadüf ola bilərmi? Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR