Şəhidimiz son mənzilə yola salındı-FOTO

DSC_03877 aprel 2016-cı il tarixdə cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin  torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun çavuşu Musayev Səbuhi  Rəfail oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə rayon  Mustafaağalı kəndində son mənziilə yola salınmışdır.

Qafqaznews.az -a daxil olan məlumata görə, dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, yüzlərlə insan iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,  Azərbaycan Respublikası Müdafiə Nazirliynin nümayəndəsi, polkovnik – leytenant Rövşən Qarayev,vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  bütün əsgərlərimizin qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Mərasimdə  müharibə veteranı Gəray Əsədov, şəhid  Səbuhi Musayevin təhsil aldığı Mustafaağalı kənd tam  orta məktəbin direktoruTofiq Məmmədov,  şəhidin atası Rəfail Musayev, bir gun əvvəl torpağa tapşırılmış zabit Ziya Həsənovun  qardaşı Nicat Həsənov çıxış edərək torpağımızın şəhidlərin qanı ilə  Vətən olduğunu, şəhid oğullarımızla qürur duyduqlarını bildirmişlər. Mərasimdə Dövlət Himni səsləndirilmişdir.
Şəhid çavuş Səbuhi Musayevin tabutu üzərindəki bayraq əbədi  əmanət olaraq  atası  Rəfail  Musayevə təqdim edilmişdir. Şəhidlərin ruhuna dualar oxunmuşdur. Yaylım atəşi açıldıqdan sonra şəhid çavuş Səbuhi Musayevin nəşi doğulub boya-başa çatdığı Mustafaağalı kənd  qəbristanlığında torpağa tapşırılmışdır.

DSC_0565 DSC_0579

DSC_0408 DSC_0454 DSC_0456 DSC_0477 DSC_0504

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR