Ermənilər növbəti dəfə beynəlxalq hüququ pozurlar

05e8cAlimammad_Nuriyev_291212-1Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyevin verdiyi məlumata görə, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub (APA).

“Beynəlxalq humanitar hüquqa görə, hətta müharibə vaxtı da qırmızı xaçın işarəsi olan obyektlər hədəf götürülə bilməz” – deyə hüquq müdafiəçisi, “Konstitusiya” Fondunun rəhbəri Əliməmməd Nuriyev kavkaznews.az-a bildirib. Onun sözlərinə görə, bu cür hərəkətlər beynəlxalq humanitar hüququn pozulmasıdır.

“Beynəlxalq konvensiyalara görə, bu hərəkəti edənlər cəzalandırılmalıdır. Azərbaycan tərəfi bütün müvafiq sübutları toplamalı və beynəlxalq təşkilatlara təqdim etməlidir”, – deyə hüquq müdafiəçisi vurğulayıb.

Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

 R.Həsənoğlu

kavkaznews.az

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR