“Azərpoçt”un ofisindən içərisində pulla dolu olan seyf oğurlandı

seyf_kassa_001Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub.

Qafqaznews.az bildirir ki, Rayonun Muğanlı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR