Tərtər sakinləri evlərini tərk etmək fikrində deyil

12193890_913744112039270_5178433904905058753_nBu gün Ermənistan KİV-ləri car çəkir ki, Tərtər rayonunun sakinləri kütləvi surətdə öz evlərini tərk edirlər. Həmçinin məlumat yayılıb ki, guya artilleriya atəşi nəticəsində dövlət strukturlarının işi tamamilə iflic olub. Biz öyrənməyə çalışdıq, Ermənistan mətbuatının bu iddiaları nə dərəcədə həqiqətə uyğundur? Cavab almaq üçün, Tərtər RİH başçısının müavini Abbas Cavadovla əlaqə saxladıq. A.Cavadovun sözlərinə görə, bu gün – aprelin 28-də ermənilər Tərtər rayonunu atəşə tutmağı dayandırıblar.
“Lakin atəş vaxtı belə, Tərtər RİH strukturları əvvəlki normal rejimdə işləməyə davam ediblər. Rayonda bərpa işləri aparılır və rayon mərkəzindəki asfalt çəkilməsi davam etdirilir”, – deyə Abbas Cavadov Qafqaznews.az-a bildirib.
Onun sözlərinə görə, ən təhlükəli saatlarda belə sakinlər evlərini tərk etməyiblər.
“Odur ki, Ermənistan mətuatının boşboğazlığına əhəmiyyət vermək lazım deyil”, – deyə icra başçısının müavini qeyd edib.
Rəşad Rüstəmov
Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR