13 metrlik quyuya düşən uşaq sağ qaldı – VİDEO

428832Çində nəzarətsiz qalan 7 yaşlı uşaq dərinliyi 13 metr olan quyuya düşüb

Xoşbəxtlikdən həmin vaxt quyuda suyun olmaması uşağın həyatda qalması üçün ümid yaradıb.

Qafqaznews.az atv.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında baş verib. 7 yaşlı çinli tikinti işlərinin aparıldığı binanın həyətində oynayarkən quyuya düşüb. Yaxınlıqdakı digər uşaqlar dərhal bu barədə valideynlərinə məlumat verib. Nəticədə əraziyə xilasedicilər cəlb olunublar. Amma uşağın diametri 40 santimetr olan quyudan çıxarılması elə də asan olmayıb.

Xilasedicilərin səyi nəticəsində yarım saatdan sonra uşağı quyudan xilas etmək mümkün olub. Dərhal xəstəxanaya yerləşdirilən çinlinin bədənində müxtəlif xəsarətlər aşkarlanıb. Məlumata görə, uşaq qəza zamanı quyunun dibinə çırpıldığından onun bədənində zədələnmələr baş verib. Bununla belə həkimlər uşağın səhhəti üçün ciddi problemin olmadığını bildirib.

Qeyd edək ki, Çində son 1 ay ərzində artıq 4-cü dəfədir ki, oxşar hadisə baş verir. Xoşbəxtlikdən bu hadisələrin heç birində tələfat qeydə alınmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR