16 yaşlı gənc sevdiyi qızın qardaşı tərəfindən bıçaqlandı (VİDEO)

bicaqKəpəz TV  xəbər verir ki, 16 yaşlı gənc sevgisinə görə sağlamlığını itirib.

Bakının Nərimanov rayonunda Rəsul Babayev bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı onun qarın nahiyəsindən bıçaq yarası aldığı aşkar edilib və dərhal əməliyyat olunub. Rəsul Babayevin həyatı üçün təhlükə yoxdur.

Hadisə barədə Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, Rəsul Babayevi sevdiyi qızın qardaşı bıçaqlayıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR