2025-ci ildə dünya əhalisinin 20 faizi…

img2033552Dünya əhalisinin 13%-i (641 milyon – red.) piylənmədən əziyyət çəkir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Böyük Britaniyanın “Lanset” tibb jurnalı yayıb. Aparılan tədqiqata əsasən, əgər piylənmə bu templə davam etsə, o zaman 2025-ci ildə dünya əhalisinin beşdə biri piylənmədən əziyyət çəkəcək:
“1975-ci ildə yalnız 105 milyon nəfər piylənmədən əziyyət çəkirdi. 2014-cü ildə isə bu göstərici 641 milyon olub. Hazırda dünyadakı qadınların 375 milyonu, kişilərin 266 milyonu piylənmədən əziyyət çəkir. Piylənmədən əziyyət çəkən insanların 20%-i Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın payına düşür. Piylənməyə görə ən yüksək göstərici Polineziya və Mikroneziyada qeydə alınıb. Ən aşağı piylənmə səviyyəsi isə Şərqi Timor, Efiopiya və Eritreyadadır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR