4 ay sonra dənizdən meyidi tapılan neftçi dəfn olundu (VİDEO)

neftciMərhumun 3 azyaşlı övladı var.

“Günəşli” yatağındakı 10 saylı özüldə baş verən qəza nəticəsində həlak olan neftçi Rzaxanov Edik Rivazin oğlu nəşi doğulduğu Xaçmazın Xudat şəhərinə gətirilib. Onun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib. DNT analizinindən sonra aşkar edilən cəsədin ona məxsus olduğu müəyyənləşib.

Edik Rzaxanov “28 May” neft və qazçıxarma idarəsinin 10 nömrəli dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışırdı. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Yaxınları arasında zəhmətkeş insan kimi tanınan Edik Rzaxanov 7 il öncə neftçi kimi çalışmağa başlamışdı. 30 yaşlı neftçinin üç azyaşlı övladı var. Edik Rzaxanov Xaçmaz rayonu Xudat şəhərindəki qəbirstanlıqda torpağa tapşırılıb. Dekabrın 4-də “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş verən qəza nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR