4-cü mərtəbədən yıxılan qadın sağ qaldı

img204983897 yaşlı Mariya Artyomova mənzilinin pəncərəsini açaraq şüşəni yumaq istəyəndə yıxılıb və 4-cü mərtəbədən düşüb. 
Lenta.ru saytının xəbərinə görə, yaşının çoxluğuna baxmayaraq, çox qıvraq olan qarı pəncərənin aşağısındakı kondisionerin kronşteynindən yapışıb sallaşıb və yardıma adam çağırmağa başlayıb. Hadisə yerinə gəlmiş polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iki qrupa bölünərək qarını xilas edənədək Artyomova 25 dəqiqə 10 metr hündürlükdə asılı qalıb.
Sonucda 2 polis və 2 xilasedici qarını dartaraq mənzilə çıxarıblar. Həkim müayinəsi göstərib ki, Artyomova şokda olsa da, onun zədə və ya travmaları yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR