400 il əvvəl itirilən rəsm əsəri tapıldı

65076801“Yudif Oloferinin öldürülməsi” aşkar edilib

Məşhur italyan rəssamı Mikalencelo Karavaconun 400 il əvvəl itirilmiş sayılan əsəri “Yudif Oloferinin öldürülməsi” aşkar ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsm əsəri Fransadakı evlərdən birinin çardağında tapılıb.

Tuluza şəhər sakini evinin damından su axdığını görüb və buna qədər heç qalxmadığı damda məşhur rəssamın əsərini aşkar edib. Əsərdə İudey hökmdarı Yudifin Assuriya hakimi Oloferni başsız qoyduğu səhnə canlandırılıb.

Karavaconunu 1599-cu ildə çəkdiyi rəsm əsərinin qiymətinin 120 milyon avro (135 milyon dollar) olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR