ABŞ-da Rza Zərrabın ilk məhkəmə iclası keçirilib

3cd34fe11b5d238a82347950016f857dABŞ-da saxlanılmış İran əsilli iş adamı Rza Zərrabın ilk məhkəmə iclası keçirilib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, Rıza Zərrab məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.

İkinci iclasın iyunun 16-da keçirilməsi planlaşdırılır.

Rza Zərrab martın 19-da  ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.

O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.

Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan  rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR