Ağac əkmək üçün quyu qazdı, yarım tonluq qədim daş tapdı (VİDEO)

dasDaşın üzərində gəmi, ağac, ox, çay təsvir olunub.

Oğuzun Xalxal kənd sakini Firuz Abbasov ağac əkmək üçün qazdığı quyuda qarşısına çıxan iri daşa əhəmiyyət verməyib. Qonşuları köməyə çağıraraq 500 kiloqrama yaxın çəkisi olan daşı texnikanın vasitəsi ilə küçəyə atıb. Havanın yağmurlu keçməsi ilə isə qəribə mənzərə üzə çıxıb. Yagış suları daşın üzərində olan torpağı yuyub, daş hamının diqqətini çəkib.

Daşın üzərində qədim zamanlarda əllə çəkilmiş rəsmin olduğu görünür. Daşda gəmi, ev, ağac, ox, çay təsvir olunub. Kənd sakinlərinin sözlərinə görə, bu kəndin tarixi 300-400 ilə bəlkə də xeyli öncəyə gedib çıxır. Ona görə də tapılan bu daşın hansısa bir tarixdən xəbər verəcəyi istisna deyil.

Daşın aşkar olunmasından dərhal sonra kənd icra nümayəndəliyi hadisə yerinə gəlib və daşın fotoları çəkilib, aidiyyəti üzrə məlumat verilib.

Daşın tədqiq olunması üçün isə arxeoloji ekspedisiyanın gəlməsi vacibdir. İndi Firuz Abbasov küçədə qoyduğu qədim daşın üzərini bağlı saxlayır ki, kimsə zərər vurmasın və daş aşınmasın. Tariximizi öyrənmək və onu əks etdirən hər tapıntını qorumaq hər birimizin borcudur.  Bəlkə də bu daş üzərində Oğuz elinin hansısa bir tarixi hadisəsi əks olunub. Buna  baxmayaraq isə məsələ ilə hələdə rəsmi şəkildə maraqlananlar olmayıb. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR