Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb (FOTO)

zerife_anim_280416_01Aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

Trend-in məlumatına görə, aprelin 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, dövlət və qeyri-hökumət təşkilatlarında çalışan bir qrup ziyalı qadın, Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən məktəblilərin respublika intellektual yarışın iştirakçıları Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül-çiçək dəstələri qoyublar.

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, xeyirxah insan Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül-çiçək düzüblər.

zerife_anim_280416_02

zerife_anim_280416_01 zerife_anim_280416_02 zerife_anim_280416_03

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR