​Avropa Liqasında 1/4 finalın oyunları keçiriləcək

Bimg2048982u gün futbol üzrə Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək. “Report”un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutacaq.
İspaniyanın “Atletik” komandası eyni ölkə təmsilçisi “Sevilya”nı qonaq edəcək. İngiltərəli referi Mark Klattenburqun idarə edəcəyi oyun Bilbaoda yerləşən “San Mames” stadionunda keçiriləcək. “Atletik” ən güclü 8 komanda sırasına düşmək üçün digər İspaniya təmsilçisi “Valensiya”nı məğlub edibsə, “Sevilya” öncəki mərhələdə “Bazel”dən üstün olub.
Daha bir maraqlı oyun Almaniyada keçiriləcək. Dortmund “Borussiya”sı İngiltərənin “Liverpul” klubunu sınağa çəkəcək. “Siqnal İduna Park”da baş tutacaq görüş ispaniyalı Karlos Velasko Karbalyoya həvalə olunub. “Borussiya” 1/8 finalda digər İngiltərə təmsilçisi “Tottenhem”i yarışdan kənarlaşdırıbsa, “Liverpul” öz gücünü Premyer Liqa iştirakçısı “Mançester Yunayted”ə göstərib.
Digər oyunlarda isə “Vilyarreal” (İspaniya) “Sparta”nı (Çexiya), “Braqa” (Portuqaliya) isə “Şaxtyor”u (Ukrayna) qəbul edəcək.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
23:05. “Borussiya” (Dortmund, Almaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Dortmund. “Siqnal İduna Park”
23:05. “Atletik” (Bilbao, İspaniya) – “Sevilya” (İspaniya)
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Bilbao. “San Mames”
23:05. “Vilyarreal” (İspaniya) – “Sparta” (Çexiya)
Baş hakim: Ovidiu Alin Xetseqan
Vilyarreal. “El Madriqal”
23:05. “Braqa” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Yunas Erikkson (İsveç)
Braqa. “Braqa Munisipal”
Qeyd edək ki, cavab görüşləri aprelin 14-də keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR