Azər Nəsibovun “Qolos.Deti”nin finalında möhtəşəm çıxışı – VİDEO

inx960x640Həmyerlimiz məşhur “Caruso” kompozisiyasını ifa edib.

Bu gün “Qolos.Deti-3” şousunun final gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, finalda Pelaqeyanın üçlüyündə 15 yaşlı azərbaycanlı Azər Nəsibov da çıxış edib.

Həmyerlimiz məşhur italiyalı opera müğənnisi Enriko Karuzoya həsr edilən “Caruso” kompozisiyasını ifa edib.

A.Nəsibov ifası ilə bütün zalı heyran qoyub. Hələ mahnının ortalarında həm tamaşaçılar, həm də münsiflər həmyerlimzi alqışlayırdılar.

Lakin tamaşaçıların səsverməsinin nəticələrinə görə, həmyerlimiz superfinala keçə bilməyib. Pelaqeyanın üçlüyündən Taisiya Podqornaya “Qolos.Deti-3” şousunun superfinalına adlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR