Azərbaycan bayrağının mənəvi dəyəri ilə yanaşı satış qiyməti də qalxdı

esger_sehid_01111Son günlərin əsas hadisələri fonunda satış mərkəzlərində üçrəngli bayrağımızın qiymətinin qalxdığını gördüm.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib.zahid_oruc_021

 

Lakin millət vəkili bu məsələyə yarıistehza, yarıfəlsəfi yanaşıb: “Vətənin dəyəri, torpağın müqəddəsliyi onu yenidən qazanmaqla ölçüldüyündən indi hər şeyin mənası dəyişir və əhəmiyyəti artır. Yəqin, sadəcə, materialına çəkilən xərcin hesabına istehsalçı şirkətlər son durumdan yararlanmaq istəyiblər. Əlbəttə, qoy olsun. Məğlubiyyət hətta ən dəyərli varlığı belə gözdən salır, heçə çevirir. İndi qalib şəhidlərin qanı hesabına bayrağımızın qiyməti qalxıb. Onu uca edən və yüz minlərlə oğlumuza-qızımıza sevdirən də bax budur.

Sezar hər zaman Bayrağı əsgərlərə özü ilə aparmağı əmr edərdi. Yəqin, qanlı döyüşlərə atılan cəngavərlərin gücünü artıran kətan parçanın nə qədər möhkəm zireh olduğunu qüdrətli imperator da yaxşı bilirmiş. Tarix bayraqları bələk və kəfən etməklə ona ikili tale yaşadıb. Amma bayraqlar heç zaman ölmür və basdırılmır. Yalnız insan övladı başlanğıcdan sona qədər bir libası geyinə bilir. Bəxtəvər o adamın başına ki, son mənzilə yola düşərkən üstünə bayraq çəkilsin. İndi özünüz hesablayın, son geyimin qiyməti neçəyədir?

Görürsünüz, ərəb dünyasındakı münaqişələrin nəticəsi Nyu-York birjalarında necə tez hiss olunur? Çünki müharibələri aparan tanklar, toplar iqtisadiyyatın da əsas çəkici qüvvələridir. Qan və neftin qiymətini sinxronlaşdırlanlara isə Azərbaycan əsgəri fərqli bir reallıq təklif etdi. Qoy hər zaman torpağa tökülən insan qanı milli ruhun simvolu olan bayraqların qiymətini qaldırsın!”

Z.Oruc fikirlərini “”İlahi Təpə” dediyiniz o yüksəkliyə hansı qiymətə bayraq alıb sancmaq istərdiniz?” sözləri ilə bitirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR