Azərbaycan cəmiyyəti beynəlxalq vasitəçilərə inanmır

12140820_485022608328686_559772213098978525_n“BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk Qrupunun səylərini qeyd-şərtsiz dəstəkləyir” .

Bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşdə bildirib (ria.az) Beynəlxalq hüquqşünas Erkin Qədirli kavkaznews.az saytına bildirib ki, Azərbaycan cəmiyyətində sülh danışıqlarına etimad faizi çox aşağıdır.

“Ona görə ki, Azərbaycana vasitəçilər tərəfindən irəli sürülən bütün təkliflər Qarabağın statusunda təxirəsalınma ehtiva edirdi. Yəni, bir neçə il sonra Dağlıq Qarabağda referendum keçirilməsi təklif olunur. Amma bu, bizi prinsipial olaraq qane etmir. Və buna görə də, Azərbaycan bu təkliflərin qəbulu ilə razılaşa bilməz”, – deyə E.Qədirli kavkaznews.az-a bildirib. Hüquqşünasın sözlərinə görə, Moldovaya yanaşmada beynəlxalq təşkilatlar Dnestryanı ərazini bu ölkənin tərkibində qəbul edirlər.

“Gürcüstandan söz getdikdə beynəlxalq təşkilatlar bəyan edirlər ki, Abxaziya və Cənubi Osetiyanı Gürcüstan ərazisi kimi tanıyırlar. Azərbaycana gəldikdə isə bu təşkilatlar ərazi bütövlüyünü tanıdıqlarını deməklə kifayətlənirlər”, – deyə E.Qədirli əlavə edib.

R.Həsənoğlu

Kavkaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR