Azərbaycan futbolunda belə şey olmamışdı

429299Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter”i 4:0 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə ən böyük hesablı səfər qələbəsinin müəllifi olub.

Belə ki, 1992-ci ildən keçirilən kubok yarışlarının 24 illik tarixində heç bir komanda yarımfinalın səfər matçında 4 top üstünlüyünə nail olmamışdı. Bunadək yalnız bir dəfə bu mərhələdə qonaqlar böyük hesablı qələbə əldə etmişdilər.

Həmin hadisə  1998/99 mövsümündə qeydə alınmışdı. 17 il öncə “Neftçi” “Turan”ı 3 cavabsız qolla keçmişdi ki, “Qarabağ” bakılıların rekordunu 1 qol üstələyib.

Yarımfinal mərhələlərinin mütləq rekordu isə “Qarabağ”ın darmadağın etdiyi “İnter”ə məxsusdur. Bakılılar yarımfinalda 5:0 hesablı qələbəyə də nail olublar. Bu, 2008/09 mövsümünə təsadüf edib. Həmin vaxt “bankirlər” “Qəbələ” ilə ev oyununda 5 cavabsız qola seviniblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR