Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim keçirilib-FOTO

65051b125cf1b352de2f6df84f33fb44Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində “Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi” mövzusunda komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan Döyüş Gəmiləri Dəstəsinin gəmi zərbə qruplarının fəaliyyəti işlənilib.

e8f015fbead9315010a8946f515956e8 c93e0d88104798aca6a409283943eb18 8df82d4163b42160547f86056b06931f

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR