Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib

9f494f19-361d-4996-bf9e-decc61ca30f7_292Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna yekun vurulub.
“Report”un məlumatına görə, turun açılış oyunu Gəncədə keçirilib.

“Kəpəz” Bakının “Rəvan” klubunu qəbul edib. Oyun gəncəlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kəpəz”in heyətində Julien Ebah və Tural Axundov fərqlənib. Meydan sahiblərinin ikinci qolunda isə avtoqol qeydə alınıb. Bakı təmsilçisinin heyətində isə Ramazan Abbasov və Elnur Abdulov qol vurub.

Bu oyundan sonra “Kəpəz” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Rəvan” isə 14 xalla sonuncudur.

Günün son oyununda isə AZAL və “Xəzər Lənkəran” komandaları qarşılaşıb. Matçın yeganə qoluna 54-cü dəqiqədə Nuqzar Kvirtiya imza atıb. 3 xal sayəsində 45 xalla 6-cı pillədə möhkəmlənib. “Xəzər Lənkəran”ın isə 14 xalı var.

Azərbaycan Premyer Liqası, XXXII tur

“Kəpəz” – “Rəvan” – 3:2
Qol: Julien Ebah, 10. Kənan Müslümov, 46 (avtoqol). Tural Axundov, 60 (P) – Ramazan Abbasov, 40-penalti ilə. Elnur Abdulov, 89
Gəncə şəhər stadionu

AZAL – “Xəzər Lənkəran” – 1:0
Qol: Nuqzar Kvirtiya, 54
AZAL Arena

Qeyd edək ki, turun digər oyunları mayın 1-də keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR