Azərbaycan prezidenti Mülki Məcəlləyə dəyişikliklərlə bağlı sərəncam imzalayıb

0fabb86cb557dc12ca5cd9c440693954Azərbaycan prezidentiİlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 5 aprel tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, dəyişikliklərə əsasən, məcəllənin 107-5.1-ci maddəsinin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla” sözləri əlavə edilib, habelə 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR