Azərbaycan üçün ikinci telekommunikasiya peyki tikirlər

AZERSPACE_260413Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace-2″in tikintisi üzrə işlər başlayıb. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda peyk istehsalçısı tərəfindən tikinti işlərinin təqribən 20 faizi görülüb.

İ.Məmmədov qeyd edib ki, peykin buraxılmasına hazırlıq üzrə işlər qrafikə uyğun aparılır. Peykin 2017-ci ildə buraxılması planlaşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR