Azərbaycanda 575 nəfər adını dəyişmək istəyir

30257679Müraciət edənlərin 296 nəfəri kişi, 279-u isə qadındır

Azərbaycanda 2016-cı ilin yanvar, fevral və mart ayları ərzində 575 nəfər adının, ata adının və soyadının dəyişdirilməsi üçün müraciət Ədliyyə Nazirliyinə müraciət edib.

Bu barədə azvision.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin 296 nəfəri kişi, 279-u isə qadındır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR