Azərbaycanda uşaqlara ən çox verilən adlar hansılardır? – SİYAHI

1955829Ən populyar adların statistikası açıqlanıb.

Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib.

 Qafqaznews.az Report-a istinadən xəbər verir ki, son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb.

Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb.

Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub.

Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir.

Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb.

Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR