Azərbaycanın Rusiyadakı səfirliyi əməkdaşının döyülməsini təsdiqlədi

137435_res_01“Aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb”. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

Baş verənlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E.Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.

*   *   *11:45

Virtualaz.org Rusiyanın LifeNews telekanalına istinadən xəbər verir ki, ötən gecə Moskvada Azərbaycan konsulluğunda işlədiyini deyən şəxsi döymüş taksi sürücüsü saxlanılıb.

Məlumatda bildirildiyinə görə, bu şəxs 31 yaşlı Haybula Hacıyevdir.

*   *   *09:35

Virtualaz.org Rusiyanın LifeNews telekanalına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Taksidə konsulluğun əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. Sonradan mübahisə edənlər avtomobildən eniblər və yolun kənarında taksi sürücüsü adı açıqlanmayan azərbaycanlıya hücum edib.

Hadisə şahidləri polis və təcili yardım çağırıblar.

*   *   *07:31

Rusiya paytaxtının polisi Moskvanın mərkəzi hissəsində Azərbaycan konsulluğunun əməkdaşının döyülməsi barədə məlumatı araşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə RenTV telekanalına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin versiyaya görə, hadisə Konyuşkovski küçəsində baş verib.

Zərərçəkənin vəziyyəti barədə informasiyanın dəqiqləşdirildiyi bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR