Baharın 39-cu anı…

969125_335931199866717_432534751_nTanınmış hüquqşünas Tağı Hüseynov doğum gününü qeyd edir

Bu gün tanınmış hüquqşunas, “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynovun doğum günüdür. Qafqaznews.az bildirir ki, fəaliyyətimizə ilk günlərdən dəstək olan Tağı Hüseynovun 39 yaşı tamam olur. Tağı Hüseynov 2010-cu ildən bizim yanımızdadır və daim agentliyimizin yanında olub. Vaxtaşırı müxtəlif məmurlar tərəfindən təzyiqlərə məruz qaldığımız, məhkəmələrlə təhdid olunduğumuz vaxtlarda bizi müdafiə edən nadir şəxslərdən biri də Tağı Hüseynovdur. Heç bir təzyiqdən qorxmayan, hansısa məmurun nüfuz dairəsindən və əlaqələrindən qətiyyən narahat olmayan gözəl hüquqşünas minlərlə insanın sevimlisinə çevrilib. Qafqaz Xəbər Agentliyinin bütün kollektivi adından Tağı müəllimi səmimi qəlbdən təbrik edir, ona zehin açıqlığı və can sağlığı arzu edirik. Tağı müəllim, bütün ülvi niyyətlərinizə, və ən böyük arzunuza çatmağınızı diləyirik! Həm şəxsi, həm də peşəkar fəaliyyətinizdə sizə bol-bol uğurlar arzulayırıq! Nə yaxşı, bu ölkədə sizin kimi yaxşı insanlar, güvənilən dostlar var və biz də bu dostluqdan həvəslənib daha mübariz, daha qətiyyətlə yaza bilirik….

Sevgi və sayğılarla, Qafqaz Xəbər Agentliyinin kollektivi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR