Bakı formulası… – “Formula-1”-də bizi nələr gözləyir? REPORTAJ – VİDEO

СнимокAzərbaycanı dünyada tanıtmaq üçün ölkəmizə yaradılan növbəti imkan. İyunun 17-dən-19-dək paytaxt Bakıda maraqlı idman yarışı.

TTV (Region TV) xəbər verir ki, söhbət “Formula-1” Avropa Qran -Prisindən gedir. İndi sizə adıçəkilən yarışın dünyadakı nüfuzundan, yayılma arealından və paytaxtdakı hazırlıq işlərindən xəbər verəcəyik.

Azərbaycan “Formula-1″in 2016-ci ildə keçiriləcəyi 21 ölkədən üçüncüsüdür ki, yarış avtodromda deyil, şəhərin mərkəzi küçələrində baş tutacaq. Bu da, paytaxın regional mərkəz kimi tanınmasına imkan yaradacaq. Bakıda baş tutacaq “Formula-1” yarışı Sinqapur modeli əsasında hazırlanıb.

Bolidlər üçün Əziz Əliyev küçəsi – 8-ci döngə çətin hesab edilsə də, xarici jurnalistlər hazırlıqla bağlı çəkdikləri materiallarda bunu problem kimi göstərməyiblər, əksinə, şəhərin tarixiliyi ilə əsaslandırıblar.

Dənizkənarı Bulvar İdarəsində də hazırlıq işləri davam edir. “Formula-1″in bu ərazidəki əyləncə zonasında sakinləri sürprizlər gözləyir. Bakı Şəhər Halqasının ərazisində olan yaşayış binalarındakı sakinlərin problemləri də gündəmdədir. Müvəqqəti narahatlıq cəmi 3 gün sürəcək. “Formula-1” həm də ölkəyə gələn tursitlərə Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti ilə bağlı informasiya əldə etməyə şərait yaradacaq. Dekabrdan satışa çıxarılan 40 min biletin 65%-ni əcnəbilər alıblar. Tribunadan asılı olaraq dəyişən qiymətlər azərbaycanlılar üçün 20-40% endirimlə təklif olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR