Bakıda pulsuz paltar mağazası açılıb-VİDEO

73371819Mağazanın açılmasında məqsəd ehtiyacı olan insanları geyimlə təmin etməkdir

Paytaxtın Xətai rayonunda ticarət mərkəzlərinin birində ehtiyacı olan şəxslər üçün mağaza açılıb. Mağazanın açılmasında məqsəd ehtiyacı olan insanları geyimlə təmin etməkdir.

Təşkilatçı Nigar Bayramlının sözlərinə görə, ehtiyacı olan hər kəs mağazaya buyurub ürəyi istədiyi geyimi pulsuz götürə bilər. Amma paltarların verilmə sayında limit tətbiq olunur. Hər adama 2 dəstdən artıq paltar götürməyə icazə verilmir.

Mağaza şənbə və bazar günləri saat 13:00-dan 17:00-a qədər fəaliyyət göstərir. İstifadə etmədiyi paltarları bura təhvil vermək istəyənlər də bu vaxt ərzində mağazaya müraciət edə bilərlər.

xezerxeber

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR