“Barselona” Çempionlar Liqası ilə vidalaşdı

137087_res_01Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu. Virtualaz.org xəbər verir ki, keçirilmiş iki oyunla daha iki yarımfinalçının adı bəlli oldu.

Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul etdi. Oyun “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə bitdi. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından yarışı madridlilər davam etdirəcəklər.

Digər oyun Portuqaliyada baş tutdu. Burada “Benfika” “Bavariya”nı qəbul edirdi. Oyun 2:2 hesablı heç-heçə ilə bitsədə, Münhen təmsilçisi ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəldi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR