Barselonada yeni turist vergisi tətbiq edilə bilər

barselona_250414_07Barselona hakimiyyəti turistlər üçün yeni verginin tətbiqinə hazırlaşır

Bu barədə Trend “El Pais” qazetinə istinadən xəbər verir.

Barselona Şəhər Şurasının nümayəndəsi Qala Pen bildirib ki, planlara görə, yeni vergi Barselonaya 1 sutkadan az müddətə gələn və hotellərdə qeydiyyatdan keçməyən turistlərə şamil olunacaq. Söhbət dəniz kruizləri vasitəsilə və ya 1 günlük ekskursiyalara gələnlərdən gedir.

Hazırda vergiyə yalnız Barselonaya 12 saatdan çox müddətə gələn dəniz kruizlərinin sərnişinləri cəlb edilir. Vergidən vayınmaq üçün kruiz gəmilərinin əksəriyyəti 12 saat tamam olmamış şəhəri tərk edirlər.

Qeyd edək ki, il ərzində Barselona 8 milyon turist qəbul edir və bu statistika yalnız hotellərdə rəsmən qeydiyyatdan keçənləri əhatə edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR