Baş Prokurorluq korrupsiya haqqında şikayətlərə diqqət ayırmır ? (VİDEO,AUDİO)

ed2b1dc892055d61c95ddc82862f54b9Bu günlərdə Yasamal rayonu, Ş.Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova Qafqaznews.az-a müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib. 22 illik peşə təcrübəsinə malik olduğunu deyən A.Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib. “Martın 3-də mən 38 saylı bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qeyri-peşəkarlıq bəhanəsi ilə işdən çıxarılmışam. Amma işdən çıxarılmağımın əsl səbəbi o idi ki, mən uşaqların valideynlərindən “aylıq” toplamaqdan imtina etmişdim”, – deyə A.Mahmudova bildirib.

A.Mahmudovanın sözlərinə görə, “aylığ”ın məbləği 30-50 manatdır. “Bu pulun yığılması ilə tərbiyəçilər məşğul olur. Pullar direktor Sədaqət Qəribovaya verilir. S.Qəribova bəyan edir ki, onun arxasında qohumu, sabiq deputat Ərəstun Cavadov durur”, – deyə A.Mahmudova vurğulayıb. Sabiq tərbiyəçi kavkazkews.az-a bildirib ki, cari normalara görə, uşaq bağçasında hər qrup 20 uşaqdan ibarət olmalıdır: “Amma faktiki olaraq, hər qrupda 30-a yaxın şagird var. Buna görə də, bəzən uşaqların ikisi bir çarpayıda yatmalı olur”.img1264930-1

38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribova isə A.Mahmudovanın sözlərini kavkazkews.az-a belə şərh edib: “Onun dedikləri tamamilə yalandır” “38 saylı Uşaq Bağçasında heç bir “aylıq” yığımı yoxdur. Hər qrup qaydalara uyğun olaraq 20 uşaqdan ibarətdir. Bizdə iki uşağın bir çarpayıda yatması halı yoxdur”, – deyə direktor kavkaznews.az-a bildirib. Biz həmçinin sözügedən məktəbəqədər təhsil müəssisəsindəki uşaqların valideynlərinin fikrini öyrənməyə çalışdıq. Valideynlər Aytən Hüseynova və Günel Abbasova sabiq tərbiyəçinin sözlərini təsdiqləyiblər. Onların sözlərinə görə, bağçaya uşaq qoymaq 300-400 manata başa gəlir,bir qrupdan başqa qrupa köçürmənin “qiyməti” isə 100 manatdır. Aynur Mahmudova aprelin 5-də Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinin rəisi Eldar Yunusovun qəbuluna çağırılıb.

12957126_969750096424566_132449918_n-1-1-1“Mən ona dedim ki, 38 saylı uşaq bağçasında korrupsiya hökm sürür və mən özüm də valideynlərdən pul toplamaq istəmədiyimə görə işdən çıxarılmışam. Cavabında Eldar Yunusov bildirdi ki, mənə heç cür kömək edə bilməz”, – deyə A.Mahmudova qeyd edib.

Onun sözlərinə görə, E.Yunusov məsləhət görüb ki, müxtəlif KİV-lərə şikayət etməsin. “Eldar Yunusov mənə dedi ki, bizi maraqlandırmır, haqqımızda nə yazırlar” – deyə A.Mahmudova kavkaznews.az-a bildirib. A.Mahmudovanın sözlərinə görə, o və bir neçə valideyn Respublika Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinə də müraciət ediblər. “Eldar Yunusovla görüşümdə mənə dedi ki, nahaq yerə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazmışam. Yunusovun sözlərinə görə, mənim şikayətimi baxmaq üçün ona göndəriblər. Dedi ki, ora şikayət etmək lazım deyil. Onsuz da bütün şikayətlər mənə yönləndiriləcək”, – deyə A.Mahmudova Bakı ŞİH nümayəndəsinin sözlərindən sitat gətirib.

Həqiqətənmi, Korrupsiyaya qarşı Mübarizə İdarəsi Aynur Mahmudova və valideynlərin korrupsiya faktları ilə bağlı şikayətlərinə baxmaqdan imtina edib? Xatırladaq ki, Azərbaycan CM-ə görə, korrupsiya cinayət xarakterli əməl sayılır. Sözügedən idarənin rəisi Kamran Əliyevlə əlaqə saxlamağa çalışdıq. Bizə onun köməkçisi (təəssüf ki, ad-soyadını bildirmədi – red.) cavab verdi. Onun sözlərinə görə, “Şikayətlərə baxılması” haqqında qanuna görə, bəzi şikayətlər müvafiq orqanlara göndərilə bilər. “Burda qeyri-adi heç nə yoxdur”, – deyə K.Əliyevin köməkçisi bildirib. “Axı tərbiyəçi və valideynlərin şikayətlərində konkret korrupsiya faktlarından söhbət gedir”, – deyə əməkdaşımız xatırladıb. “Mən başa düşürəm. Amma bu prosedur qanunla tənzimlənir”, – deyə həmsöhbətimiz vurğulayıb.IMG-20160405-WA0005

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, Korrupsiyaya qarşı Mübarizə İdarəsi mütləq Aynur Məmmədova və valideynləri şikayətini diqqətlə araşdırmalı idi. “Axı bu müraciətdə konkret korrupsiya faktlarından söz açılırdı. Korrupsiya isə cinayətdir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi sadəcə bu müraciəti Bakı Şəhər İcra Hakimiyyətinə göndərməklə kifayətlənməməli idi. Valideynlərin həqiqətən də Baş Prokurorluğa müraciət edib-etmədiyinin dəqiqləşdirməyə çalışdıq. Valideyn Raminə Həmidova kavkaznews.az-a bildirib ki, onun iki qızı 38 saylı uşaq bağçasında oxuyur və o, həqiqətən də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. “Mən iki uşaq üçün hər ay bağça rəhbərliyinə 60 manat “aylıq” ödəyirəm. Uşaqları bağçaya qoymaq isə mənə ayrıca məbləğə başa gəlmişdi”, – deyə valideyn bildirib.Kadr-VID-20160405-WA0001-00-00-00

Başqa bir valideyn – oğlu həmin bağçaya gedən Günay Şahverdiyeva da bildirib ki, korrupsiya faktı ilə üzləşib. O, oğlu üçün hər ay S.Qəribovaya 30 manat “aylıq” verdiyini deyib.

“Oğlumu bağçaya qoyanda məndən 300 manat istədilər, mənsə bu pulu verməli oldum. Çünki işləyirəm, uşaqla evdə otura bilmirəm”, – deyə valideyn vurğulayıb.

“Biz etiraz edəndə Sədaqət Qəribova deyirdi ki, hara istəsək şikayət edə bilərim. Mən başqa valideynlərlə birlikdə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Həmin müraciətdə 38 saylı bağçadakı korrupsiya faktlarından söz açılırdı”, – deyə Günay Şahverdiyeva əlavə edib.

Rəşad Rüstəmov

Kavkaznews.az


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR