Baş redaktorlar Qarabağa gedəcəkmi? – SORĞU

Безымянный copyAzərbaycan mediasında xeyli sayda keçmiş döyüşçülər, hərbçilər fəaliyyət göstərir. Son günlər cəbhə xəttində baş verən hadisələr şübhəsiz ki, onların da diqqət mərkəzindədir. TİA.AZ-ın keçirdiyi sorğunu cavablandıran baş redaktorlar müharibə ilə bağlı fikirlərini açıqlayıb:

img1450098İstiqlal.az-ın baş redaktoru Qadir İbrahimli: “Baxmayaraq ki, hərbi xidmət yaşım keçib, çağırış olsa gedərəm, 1-ci Qarabağ savaşının iştirakçısıyam. Onsuz da münaqişənin həlli müharibədən keçir”.1423415687_728

Teref.info-nun baş redaktoru, 2-ci qrup Qarabağ əlili Nürəddin Xoca: “Mən tanıdığım bir çox baş redaktorlar bu dəqiqə müharibəyə getməyə hazırdırlar. Baxmayaraq ki, 2 qrup Qarabağ əliliyəm, artıq Ali Baş Komandanın səfərbərlik əmrini gözləyirəm.

Mən gedən siyasi proseslərin analizindən bu nəticəyə gəlirəm ki, müharibə davam edəcək və Qarabağın azad olunması ilə nəticələnəcək. Artıq informasiya müharibəsi sona çatıb və ermənilərin keçilməz Sarkisyan xətti mifi dağılıb.

Əsas odur ki, iqtisadi və siyasi proseslər Rusiyanı bölgədə və dünyada izolyasiyaya salıb. Və QaraAttachmentbağda bizə qarşı əvvəlki həyasızlığını edə bilməyəcək. Dünya bu gün Azərbaycanın öz ərazilərində qanuni hakimiyyətinin bərpasını və separatçı qüvvələrin məhvindən yanıdır”.

Ehtiyatda olan polis zabiti, “Qafqaz Xəbər Agentliyi” MMC-nin baş direktoru Mahmud Tağıyev: “Döyüş bölgəsinə yollanıb həm düşmənlə vuruşaram, həm də isti xəbərlər, reportajlar hazırlayıb rəhbərlik etdiyim media orqanlarına göndərərəm ki, ictimaiyyət döyüş bölgəsindən qaynar xəbərlər alsın. Vətəninə layiqli hər bir jurnalistin yolu Milli Qəhrəmanımız Çingiz Mustafayev yoludur”.

240px-Faiq_Balabəyli“Millətin səsi” qəzetinin baş redaktoru Faiq Balabəyli: “Mən müharibənin nə olduğunu yaxşı bilirəm. Bu təkcə torpaq və canlı insanın itkisi deyil. Bu həm də insanlığın itkisidir. Bazar günü kənddə idim. Cəlilabadda hər kəs müharibəyə gedib torpaqları işğaldan qorumağın vacibliyindən bəhs edirdi.savaw

Bir vətəndaş olaraq müharibəyə nifrətim olsa da, bu gün cəbhəyə getməyə hazıram. Bilirsiniz ki mən dənizçiyəm, gəmi kapitanıyam. Düşünürəm ki, zabit və lap elə sıravi əsgər olaraq quruda da döyüşə bilərəm”.

Savash.org saytının baş redaktoru Zülfüqar Savaş: “Ehtiyatda olan baş leytenantam. Hərbi xidmətimi cəbhə bölgəsində çəkmişəm. Yəni, təcrübəsiz adam deyiləm. Müharibə başlayarsa könüllü olaraq döyüşməyə hazıram”.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR