Boliviya prezidenti Ekvadora göndərilən humanitar yardımı şəxsən müşayiət edib

3161004c-5578-437e-82c9-5f84f0612e04_292Boliviya prezidenti Evo Morales Ekvadorda baş verən güclü zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş humanitar yardım yükünü şəxsən müşayiət edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Moralesin təyyarəsi Manta şəhərinin hərbi aerodromuna eniş edib.

Morales ekvadorlu həmkarı Rafael Korrea ilə zəlzələdən zərər çəkmiş əraziləri birgə ziyarət edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR