Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”

.pagespeed.ic_.tEm8xPSs6c.jpg” rel=”attachment wp-att-118173″>.pagespeed.ic_.tEm8xPSs6c-300×162.jpg” alt=”xc2f8065d15d142f38c10d997186a7ce2.jpg.pagespeed.ic.tEm8xPSs6c” width=”300″ height=”162″ />“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi təmas xəttində yaranan vəziyyəti diqqətli şəkildə izləyir”.

APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KTMT baş katibi Nikolay Bordyuja bildirib. “Quruma üzv dövlətlərin bununla bağlı mövqeyi dəfələrlə bəyan edilib: atəş dayandırılmalı və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Aydın olan bir məsələ var: hamıya ancaq sülh lazımdır”, – deyə o, söyləyib.

Baş katib əlavə edib ki, bu münaqişə mövcud beynəlxalq mexanizmlər çərçivəsində ancaq siyasi yollarla həll edilməlidir.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR