Bu gün Çempionlar Liqasının ilk yarımfinalçıları məlum olacaq

07b4149f-235c-4beb-958a-3af1713572bc_292Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

“Report”un məlumatına görə, qarşılaşmalar İngiltərə və İspaniyada oynanılacaq.

“Mançester Siti” Fransanın PSJ klubu ilə münasibətinə aydınlıq gətirəcək. Parisdə keçirilmiş ilk görüşdə 2:2 hesabı qeydə alındığından, “şəhərlilər”ə qələbədən əlavə qolsuz və ya minimal hesablı heç-heçə də kifayət edir. Meydan sahiblərinin heyətində Kompani və Sterlinq, PSJ-də isə Matuidi və David Luis meydana çıxamayacaq.

İspaniyanın “Real Madrid” klubu isə “Santyaqo Bernabeu”da Almaniyanın “Volfsburq” kollektivindən revanş almağa çalışacaq. İlk görüşdə “Volfsburq”un 2:0 hesablı qələbəsi Almaniya təmsilçisinə cavab görüşündə üstünlük verib. Madridlilərin heyətində itki olmasa da, “Volfsburq” Yanqın xidmətindən yararlana bilməyəcək.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

22:45. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)

Mançester. “Etihad” stadionu

İlk oyun: 2:2

22:45. “Real Madrid” (İspaniya) – “Volfsburq” (Almaniya)

Madrid. “Santyaqo Bernabeu”

İlk oyun: 0:2

Qeyd edək ki, yarımfinalın digər iki iştirakçısı aprelin 13-də müəyyənləşəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR