Bu gün Umumdünya Autizm Günüdür

autism2Bu gün dünyada “Umumdünya Autizm Günü” qeyd olunur.

2007- ci ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il 2 aprel tarixi “Autizm günü”, aprel ayı isə “Autizm Ayı” kimi qeyd edilir. Əsas məqsəd bu xəstəliyə beynəlxalq ictimaiyyətin diqqətini artırmaq, tədqiqatlar aparaq autizm əlamətləri olan insanlara erkən müdaxilə edib, qabiliyyətlərini artırmaqda yardımçı ola bilməkdir.

Autizm nədir?

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm kifayət qədər geniş yayılaraq təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər.
Ölkə.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR