Bursada kamikadze özünü belə partlatdı – VİDEO

430001_000Türkiyənin Bursa şəhərindəki “Ulu Cami” məscidinin qarşısında baş vermiş partlayışın yeni görüntüləri yayılıb

Milli.Az publika.az -a istinadən bildirir ki, görüntülər aprelin 27-də törədilən partlayışın miqyasını açıq şəkildə göstərir.

Qadın kamikadze tərəfindən törədilən partlayış məscidin yaxınlığında olan bir ədviyyatçı mağazasının təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Suriyadan Şanlıurfaya, buradan da avtobusla Bursaya gələn 25 yaşındakı qadın kamikadzenin törətdiyi terror aktı nəticəsində özü ölüb, 20-dən çox insan yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR