Cəbhə xəttində könüllü dəstələr yaradıldı

85c8c42c34e4711d847dad224cb15325Rayon İcra Hakimiyyəti: “Bizə müxtəlif rayonlardan hər gün onlarla insan müraciət edir”

Aprelin 27-də saat 22:00-dan başlayaraq, Ermənistan silahlı qüvvələri Ağdam rayonunun Əfətli, Çəmənli, Qaradağlı və Zəngişalı kəndlərini intensiv artilleriya atəşinə tutubıar, nəticədə bir nəfər Çəmənli ənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu şəhid olub, səkkiz nəfər dinc sakin isə yaralanıb. Bu barədə Qafqaznews.az-a Ağdam rayon icra başçısının  köməkçisi Eldəniz Abdullayev bildirib. Onun sözlərinə görə, sakinlərdən biri ağır kontuziya alıb, xəstəxanaya yerləşdirilib. E.Abdullayev mal-qaraya və yaşayış evlərinə ciddi xəsarət dəydiyini deyib. Onun sözlərinə görə, 11 baş inək ölüb, 19 baş iribuynuzlu mal-qara xəsarət alıb, Əfətlidə 21 evə ziyan dəyib, 2 ev dağılıb, Çəmənlidə 1 ev dağılıb, 2 avtomobil yarasız hala düşüb, Qaradağlı kəndində 36 evə xəsarət dəyib, 5 ev dağıdılıb. O vurğulayıb ki, intensiv artilleriya atəşinə baxmayaraq, sakinlər kəndləri tərk etmək fikrində deyil:

“Aprelin 5-dən bəri, onsuz da vaxtaşırı artilleriya atəşləri olurdu. Lakin ötən gün axşamdan etibarən atəşlər intensiv şəkil alıb. Burda müharibə gedir, ağır artileriyadan, “Qrad”lardan atəş açırlar.Düzdür, qadınlar və uşaqlar qonşu kəndlərə çıxarılıb, ya da eləsi var ki, ailəsini maşınla kənara aparıb. Amma gündüzlər atəş olmur, sakitlik olanda geri qayıdırlar. Ümumilikdə kişilər kənddən çıxmayıblar.

Srağa gün atəşlər gecə saat 1-də başladı, amma dünən artıq axmam saat 10-dan kəndlərimizə mərmi yağırdı”. E.Abdullayev kəndlərdə abadlaşdırma və asayişin qorunması naminə bütün strukturların səfərbər olunduğunu, yerli sakinlərdən ibarət könüllü dəstələrinin yarandığını deyib:

“Bu könüllü dəstələri sakinlərə kömək məqsədi ilə yaradılıb, onlar axşamlar kəndlərdə keşik çəkirlər. Digər kəndlərdə məktəblər və xəstəxanalar, dövlət strukturları normal rejimdə işləyir”. “Başqa rayonlardan, Bakıdan könüllülər gəlirmi, ya da gələ bilərmi?”, – deyə soruşduq. “Hər gün müxtəlif rayonlardan onlarla könüllü gələrək bizə müraciət edir. Onlar yaralı daşımaq, ya da digər baxımdan kömək etmək üçün könüllü olmağa çalışırlar. Lakin hələ buna ehtiyac yoxdur. Milli Ordunun da, yerli polis orqanlarının da əhalini qorumaq üçün yetərincə resursları var”, – deyə RİH başçısının köməkçisi əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR