Cəbhəyanı bölgə sakinlərinin statusu yoxdur

34791Aprelin 9-da Qazaxın Ermənistanla həmsərhəd olan Xanlıqlar kənd sakini Kamal Abbasov mina partlayışından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən K.Abbasovun ayağı dizdən yuxarı amputasiya olunub (AzVision.az). Azərbaycanın ərazilərini işğal edən Ermənistan silahlı qüvvələrinə qarşı, ordumuzla yanaşı cəbhəyanı ərazilərin sakinləri də müqavimət göstərirlər.

Bu və ya digər kənd sakininin erməni snayperin gülləsindən ölməsi barədə KİV-də tez-tez məlumat dərc olunub. Biz aydınlaşdırmaq istədik, Azərbaycanda cəbhəyanlı bölgə sakinlərinin hüquqlarını qoruyan qanun varmı? Qazax RİH başçısının müavini Gülayə Həsənova bildirib ki. Kamal Abbasova hərtərəfli yardım göstərilib. “Bu yardım nədən ibarətdir?”, – deyə jurnalist maraqlandı.

“Bu barədə heç bir məlumata malik deyiləm”, – deyə G.Həsənova bildirdi. “Axı özünüz dediniz, Kam1350112826_telman-yeni1-1al Abbasova yardım göstərilib. Bizi həmçinin o maraqlandırır ki, cəbhəyanı sakinlərlin statusuyla bağlı qanun varmı?” – deyə soruşduq.

“Bu haqda birinci mAydin_Mirzezade-8üavin Fərman Nağdəliyevdən soruşun”, – deyə G.Həsənova bildirdi. Fərman Nağdəliyevə müraciət etdik, o isə belə cavab verdi: “Sizin sualınıza cavab verə bilmərəm, çünki çox məşğulam”. Hərbi hüquqşünas Telman Əbilov kavkaznews.az-a bildirib ki, Azərbaycanda “cəbhəyanı bölgələrin sakinlərinin statusu haqqında” qanun yoxdur. O bildirib ki, Azərbaycanda cəbhə xəttində itkin düşənlər haqqında qanun var.

YAP-çı millət vəkili Aydın Mirzəzadə bildirib ki, periodik olaraq Milli Məclisə bu cür təkliflər gəlir: “Təəssüf ki, bu təkliflər indiyə qədər qaldırılmayıb. Mən sizinlə razıyam ki, cəbhəyanı bölgələrin sakinləri üçün qanun qəbul olunmalıdır. Kavkaznews.az-ın bu təklinini müxtəlif instansiyalarda qaldıracağam”.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR