Çavuşoğlu: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”

a99e974fc884ab0e4d980cce9b3b75bf“Son günlər erməni silahlı bölmələrinin hücuma keçməsi ilə təmas xəttində ciddi qarşıdurma baş verdi. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam etdiyi müddətdə toqquşmalar davam edəcək”.

APA-nın xəbərinə görə, bunu İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, BMT qətnamələri yerinə yetirilməli, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: “Dağlıq Qarabağ məsələsində təmas qrupunun yaradılması önəmli addım olacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR