Davudoğlu: Azərbaycana qarşı hər bir təhdid, Türkiyəyə də qarşıdır

90ED7235-8C7D-439C-B4A4-13CD9843B937_mw1024_s_n“Azərbaycanın haqlı müharibəsinin yanındayıq”.

Biz Minsk qrupunun üzvüyük, amma 3-5 nəfər işləri öz üzərinə götürdüyü üçün digər üzvlər kənarda qalıb.

Oxu.Az “Türkiye gazetesi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, həmin 3 ölkədə güclü erməni lobbisi var.

“Dolayısı ilə, burada sabit bir vəziyyətdən söhbət açmaq olmaz. Təbii ki, Türkiyənin, yaxud digər ölkələrin məsələyə müdaxiləsini Ermənistan və Rusiya istəmir.

Bu baxımdan Vyanada ATƏT-in məsələyə müdaxiləsi üçün Almaniya ilə birgə təşəbbüslə çıxış etdik. Minsk qrupunun dəyişməsi mövzusu ilə bağlı fikrimiz aydındır.

Yəni, Minsk qrupuna üzv bütün dövlətlər məsələyə müdaxilə etməlidirlər. Biz Azərbaycanın haqlı mübarizəsinin yanındayıq. Azərbaycana qarşı hər bir təhdid Türkiyəyə də qarşıdır”, – deyə Davudoğlu bəyan edib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR