DİN Bakıdakı atışma ilə bağlı məlumat yaydı

2Yaralanan şəxs keçmiş məmurdur.

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yaydı.

Qafqaznews.az DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində baş verib.

Belə ki, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıblar.

Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR