Diyarbəkir terrorçusu yaxalandı

240721Türkiyənin Diyarbəkir şəhərində polislərə qarşı terror aktı törədən terrorçu yaxalanıb. Qaynar.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumatda bildirilir ki, polisləri daşıyan mikroavtobusun keçidi sırasında bomba yüklü maşını partladan A.Ç. adlı terrorçu Diyarbəkirin Kocaköy qəsəbəsində saxlanılıb.
Qeyd edək ki, terror aktı nəticəsində 7 polis şəhid olmuş, 7-si polis 23 nəfər yaralanmışdı. Təhlükəsizlik kamerasına düşən A.Ç.-nın partlayıqcşdan əvvəl bomba yüklü maşını hadisə yerinə gətirdiyi görünür. Daha sonra isə o, maşını partladıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR