Dövlət İmtahan Mərkəzinə iki müavin təyin edildi

Document_080513Azərbaycanda yeni yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin müavinləri təyin olunub. Bu barədə Trend-ə DİM-də bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Namiq Babayev və Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, DİM yaradılana qədər N. Babayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini, B. Xəlilov isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olub.

DİM adları çəkilən hər iki qurumun bazasında yaradılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR