Dünyanın ən çox ziyarət edilən ölkəsi Fransa olub

trend_paris_171012Dünya Turizm Təşkilatı (DTT) 2015-ci il üçün dünyanın ən çox ziyarət edilən ölkələrinin siyahısını hazırlayıb

Bu barədə Trend “The Telegraph” qəzetinə istinadən xəbər verir.

Məlumatlara əsasən, siyahıda öndə gələn Fransanı keçən il 86,3 milyon insan ziyarət edib.

Siyahıda ikinci yerdə ABŞ (77,9 mln turist) gəlir. Üçüncü yerdə isə 68,1 milyon insanla İspaniya yer alıb.

Ən şox ziyarət olunan ölkələr siyahısında Çin, İtaliya, Yunanıstan, Türkiyə, Almaniya, Böyük Britaniya, Meksika və Rusiya da var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR