Dünyanın ən məşhur saatı dayanacaq – FOTO

428918Dünyanın ən məşhur saatı sayılan “Big Ben” təmir üçün dayandırılacaq.
Milli.Az The Guardian-a istinadən bildirir ki, Britaniya parlamentinin binasındakı saat qülləsində təmir işləri 2017-ci ilin əvvəlində başlanacaq. 3 il davam edəcək təmir 30 milyon funt-sterlinqə başa gələcək.
Britaniya parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, saatın mexanizmləri yenilənəcək, habelə saatın siferblatı qüllənin memarı Oqastes Pyucinin ilkin layihəsinə uyğun olaraq yenidən boyanacaq. Bundan başqa, qüllədə daha sürətli lift quraşdırılacaq.
Vestminster sarayındakı 96 metr yüksəklikdəki “Big Ben” saat qülləsi 1856-cı ildə O.Pyucenin layihəsi əsasında inşa olunub.
Britaniya kraliçası 2-ci Yelizavetanın hakimiyyətinin 60-cı ilində qülləyə onun adı verilmişdi.

428918_02

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR